×

الزمر

Ayə 63

Muxtəsər təfsir

لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِ ٱللَّهِ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿٦٣﴾

Göylərdə və yerdə olan xeyir xəzinələrinin açar­ları yalnız Onda­dır. Dilədiyinə ondan verər, dilədiyini də ondan məhrum edər. Allahın ayələrinə küfr edən­lər - məhz onlar, dünya həyatlarında iman gətirməkdən məhrum olmaq, axirətdə də əbədi olaraq Cəhənnəm oduna daxil olmaqla, ziyana uğrayanlardır.