Muxtəsər təfsir
أَمْ عِندَهُمْ خَزَآئِنُ رَحْمَةِ رَبِّكَ ٱلْعَزِيزِ ٱلْوَهَّابِ ﴿٩﴾
Yoxsa sənin hər kəsə qalib gələ biləcək Qüdrətli və istədiyi kimsəyə istədiyini Bəxşedən Rəbbinin lütf xəzinələri haqqı yalan sayan o müşriklərin əlindədir?! Onun lütf xəzinələrindən biri də peyğəmbərlikdir və O, bunu istədiyinə verir. Bu nemət onlara məxsus deyil ki, onu istədiklərini verə bilsinlər, istədiklərini də ondan məhrum etsinlər.