Muxtəsər təfsir
أَءُنزِلَ عَلَيْهِ ٱلذِّكْرُ مِنۢ بَيْنِنَا ۚ بَلْ هُمْ فِى شَكٍّ مِّن ذِكْرِى ۖ بَل لَّمَّا يَذُوقُوا۟ عَذَابِ ﴿٨﴾
Biz qəbilələrin ağaları və böyükləri olduğumuz halda, aramızdan, Quranın yalnız ona nazil olması və yalnız ona məxsus edilməsi doğrudurmu?!” Xeyr, o müşriklər sənə nazil olan vəhyə şəkk edirlər. Onlar Allahın əzabını hələ dadmayıblar. Onlar Allahın onlara verdiyi möhlətə aldanıblar. Əgər Allahın əzabını dadsaydılar, küfr etməyə, Allaha şərik qoşmağa və sənə nazil olan vəhyə şəkk etməyə əsla cəsarət etməzdilər.