×

الصافات

Ayə 102

Muxtəsər təfsir

فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعْىَ قَالَ يَـٰبُنَىَّ إِنِّىٓ أَرَىٰ فِى ٱلْمَنَامِ أَنِّىٓ أَذْبَحُكَ فَٱنظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَـٰٓأَبَتِ ٱفْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ ﴿١٠٢﴾

İsmail böyüyüb atası ilə bə­rabər ça­lışmaq həddinə çatdıqda atası İbra­­him yuxu gördü. Peyğəmbərlərin yuxusu isə vəhydir. İbrahim öz oğluna gördüyü yuxu barədə məlumat verərək belə dedi: “Ey oğlum, yu­xuda səni qur­ban kəsdiyimi gördüm. Bax gör bu haqda nə düşünürsən!”. İsmail atasına dərhal cavab verərək belə dedi: “Atacan, Allahın mənim qurban kəsilməyimə dair sənə buyurduğu əmrini yerinə yetir. Mənim səbirlilərdən və Allahın verdiyi hökmə razı qalanlardan ol­du­ğumu görəcəksən”.