×

الصافات

Ayə 101

Muxtəsər təfsir

فَبَشَّرْنَـٰهُ بِغُلَـٰمٍ حَلِيمٍ ﴿١٠١﴾

Biz də onun duasını qəbul edib ona, onu sevindirəcək bir xəbər verdik. Onu, böyüdükdə həlim xa­siy­yətli olacaq bir oğlan uşağı ilə müj­də­lədik. Bu uşaq İsmail (aleyhissəlam) idi.