Muxtəsər təfsir
أَفَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ فَرَءَاهُ حَسَنًا ۖ فَإِنَّ ٱللَّهَ يُضِلُّ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَٰتٍ ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَصْنَعُونَ ﴿٨﴾
Pis əməli özünə şeytan tərəfindən gözəl göstərilib onu yaxşı hesab edən kimsə, Allahın haqq yola yönəltdiyi kimsə eyni ola bilməz. Həqiqətən, Allah dilədiyini zəlalətə salır, dilədiyini də doğru yola yönəldir. Heç kəs onu məcbur edə bilməz. Ey Peyğəmbər, sən, azmış insanların azmasına görə özünü üzüb əldən salma. Şübhəsiz ki, pak və müqəddəs Allah onların nə etdiklərini bilir. Onların etdiyi əməllərdən heç bir şey Ondan gizli qalmaz.