Muxtəsər təfsir
ٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ ﴿٧﴾
Şeytana uyub Allaha küfr etmiş kimsələr üçün şiddətli əzab hazırlanmışdır. Allaha iman gətirib saleh əməllər edənləri isə Allah tərəfindən onların günahlarının bağışlanması və böyük bir mükafat - Cənnət gözləyir.