×

فاطر

Ayə 13

Muxtəsər təfsir

يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَسَخَّرَ ٱلشَّمْسَ وَٱلْقَمَرَ كُلٌّ يَجْرِى لِأَجَلٍ مُّسَمًّى ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۚ وَٱلَّذِينَ تَدْعُونَ مِن دُونِهِۦ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ ﴿١٣﴾

Allah gecəni gündüzə qatıb onun vaxtını uzadır, habelə, gün­düzü də, gecəyə qatıb onun vaxtını uzadır. Pak və müqəddəs Allah günə­şi və ayı ram et­mişdir. Onların hər biri Allahın bildiyi, əvvəlcədən müəyyən edilmiş qiyamət vax­tınadək hə­rə­kət edir. Bunların müqəddəratını təyin edən və onları idarə edən, sizin Rəbbiniz olan Allahdır. Mülk yalnız Ona məxsusdur. Sizin On­dan başqa ibadət etdiyiniz bütlər xurma çəyir­dəyinin pərdəsinə belə sa­hib deyil­lər. Belə olduğu təqdirdə, siz Məni qoyub, necə onlara ibadət edirsiniz?!