Muxtəsər təfsir
وَمَا يَسْتَوِى ٱلْبَحْرَانِ هَـٰذَا عَذْبٌ فُرَاتٌ سَآئِغٌ شَرَابُهُۥ وَهَـٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِن كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى ٱلْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿١٢﴾
İki dəniz eyni deyil. Birinin suyu olduqca şirin və şirinliyinə görə içməyə rahat, digərininki isə duzlu və acıdır, olduqca duzlu olduğuna görə içmək üçün yararsıdır. Zikr olunan bu iki dənizin hər birindən təzə balıq yeyir, zinət əşyası olaraq taxdığınız inci və mərcan çıxarırsınız. Ey müşahidə edən kəs, sən gəmilərin irəli-geri ləngər vura-vura üzüb dənizi yardığını görürsən. Bütün bunlar ticarət edib Allahın lütfünü axtarıb tapmağınız üçündür ki, bəlkə Allahın sizə bol nemətlər verdiyinə görə Ona şükür edəsiniz.