×

سبأ

Ayə 47

Muxtəsər təfsir

قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ ﴿٤٧﴾

Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Mən sizi yönəltdiyim doğru yol və xeyir müqabilində sizdən bir savab və ya bir mükafat istəmişəmsə, - əgər bunun əvəzinə bir mükafat veriləcəksə, - qoy o, sizin olsun. Mənim mükafatım isə təkcə Allaha aiddir. Pak və müqəddəs Allah hər şeyə Şahiddir. Allah şahiddir ki, mən sizə təbliğ etdim. O, həmçinin, sizin əməllərinizə də şahiddir və sizə bunun əvəzini verəcəkdir.”