Muxtəsər təfsir
قُلْ إِنَّمَآ أَعِظُكُم بِوَٰحِدَةٍ ۖ أَن تَقُومُوا۟ لِلَّهِ مَثْنَىٰ وَفُرَٰدَىٰ ثُمَّ تَتَفَكَّرُوا۟ ۚ مَا بِصَاحِبِكُم مِّن جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَّكُم بَيْنَ يَدَىْ عَذَابٍ شَدِيدٍ ﴿٤٦﴾
Ey Peyğəmbər, de: “Mən sizə yalnız bir nəsihət etmək istəyirəm: nəfsinizin istəklərindən uzaq olub pak və müqəddəs Allah üçün iki-iki, yaxud bir-bir ayağa qalxın, sonra da dostunuzun (Peyğəmbərin səllallahu aleyhi və səlləm) həyat-yolu barədə, onun necə ağıllı, doğru danışan və əmanəti qoruyan birisi olması barədə bir düşünün ki, onda (səllallahu aleyhi və səlləm) heç bir dəlilik olmadığını başa düşəsiniz. O, etdiyiniz şirkə görə Allaha tövbə etmədiyiniz təqdirdə, sizi yaxalayacaq şiddətli əzab gəlməzdən əvvəl sizi ancaq xəbərdar edəndir.”