×

الأحزاب

Ayə 5

Muxtəsər təfsir

ٱدْعُوهُمْ لِـَٔابَآئِهِمْ هُوَ أَقْسَطُ عِندَ ٱللَّهِ ۚ فَإِن لَّمْ تَعْلَمُوٓا۟ ءَابَآءَهُمْ فَإِخْوَٰنُكُمْ فِى ٱلدِّينِ وَمَوَٰلِيكُمْ ۚ وَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ فِيمَآ أَخْطَأْتُم بِهِۦ وَلَـٰكِن مَّا تَعَمَّدَتْ قُلُوبُكُمْ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا ﴿٥﴾

Oğullarınız olduğunu iddia etdiyiniz uşaq­ları öz doğma atalarına mənsub edin. Onları doğma atalarına mənsub etmək Allah yanında da­ha əda­lət­li­dir. Onları mənsub edəcək doğma atalarını ta­nı­ma­sa­nız, o halda on­lar si­zin din qardaşla­rı­nız və köləlikdən azad etdiyiniz kəslərdir. Onları: "Qardaşım!", yaxud "Əmim oğlu!"- deyə çağırın. Sizlərdən birinin oğulluğa götürdüyü uşağı səh­vən özünə mənsub etməsində heç bir günah yox­dur. Lakin bunu bilərəkdən dilinizə gətirməkdə sizə günah vardır. Allah Öz qullarından tövbə edən kəsləri bağış­la­yar, onlara rəhm edər. Belə ki, xəta etdiklərinə görə onları cəzalandırmaz.