Muxtəsər təfsir
مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٍ مِّن قَلْبَيْنِ فِى جَوْفِهِۦ ۚ وَمَا جَعَلَ أَزْوَٰجَكُمُ ٱلَّـٰٓـِٔى تُظَـٰهِرُونَ مِنْهُنَّ أُمَّهَـٰتِكُمْ ۚ وَمَا جَعَلَ أَدْعِيَآءَكُمْ أَبْنَآءَكُمْ ۚ ذَٰلِكُمْ قَوْلُكُم بِأَفْوَٰهِكُمْ ۖ وَٱللَّهُ يَقُولُ ٱلْحَقَّ وَهُوَ يَهْدِى ٱلسَّبِيلَ ﴿٤﴾
Allah bir insanın sinəsində iki qəlb yaratmadığı kimi, anaya bənzədərək özünüzə haram etdiyiniz zövcələrinizi də analarınız etməmiş, habelə, oğulluğa götürdüklərinizi də doğma oğullarınız etməmişdir. Belə ki, zihar - kişinin öz zövcəsini anasına və bacısına bənzədərək özünə haram sayması, oğulluğa götürdüyünü də öz oğlu hesab etməsi, İslam dininin batil saydığı cahiliyyət adətlərindəndir. Bu zihar etmək və oğulluğa götürmək məsələsi, sizin təkrar-təkrar dilinizə gətirdiyiniz əsassız sözlərdir. Belə ki, kişinin nə zövcəsi onun anası, nə də ki oğululluğa götürdüyü uşaq onun oğlu sayıla bilər. Pak və müqəddəs Allah haqqı deyir ki, qulları onu yerinə yetirsin. Doğru yola yönəldən də məhz Odur.