Muxtəsər təfsir
يَـٰنِسَآءَ ٱلنَّبِىِّ لَسْتُنَّ كَأَحَدٍ مِّنَ ٱلنِّسَآءِ ۚ إِنِ ٱتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِٱلْقَوْلِ فَيَطْمَعَ ٱلَّذِى فِى قَلْبِهِۦ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَّعْرُوفًا ﴿٣٢﴾
Ey Muhəmməd peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələri! Siz fəzilət və şərəf baxımından başqa qadınlar kimi deyilsiniz. Əksinə, siz fəzilət və şərəf xüsusunda elə bir mərtəbəyə yüksəlmisiniz ki, sizdən başqası o mərtəbəyə yüksələ bilməz. Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxursunuzsa, yad kişilərlə nazlana-nazlana danışmayın, yoxsa buna görə qəlbində nifaq xəstəliyi və haram buyurulan şəhvətə meyli olan kəs tamaha düşər. Şübhə doğurmayan sözlər danışın və bacardığınız qədər zarafatı kənara qoyub ciddi olun.