Muxtəsər təfsir
وَمَن يَقْنُتْ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعْمَلْ صَـٰلِحًا نُّؤْتِهَآ أَجْرَهَا مَرَّتَيْنِ وَأَعْتَدْنَا لَهَا رِزْقًا كَرِيمًا ﴿٣١﴾
Sizlərdən hər kim Allaha və Onun Rəsuluna itaət edib Allahın razı qaldığı saleh əməlləri etsə, ona başqa qadınlardan fərqli olaraq mükafatını ikiqat verərik. Biz axirətdə onun üçün bol ruzi - Cənnət hazırlamışıq.