×

الروم

Ayə 9

Muxtəsər təfsir

أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا۟ ٱلْأَرْضَ وَعَمَرُوهَآ أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٩﴾

Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən əvvəl yaşamış, haqqı yalan sayan ümmətlərin aqibətininin necə olduğunu görmədi­lər­mi?! O ümmətlər bunlardan da güvvətli idilər. On­lar torpağı şumla­yıb əkir, yer üzü­nü bunlardan daha çox abad­laş­dı­rır­dılar. Elçiləri onla­ra Allahın tək ilah olduğunu sübut edən dəlillər və açıq-aydın mö­cüzələr gətirmişdilər. Onlar isə (haqqı) yalan saydılar. Allah onları məhv edərkən onlara zülm etmə­di. Lakin onlar küfr edib özlərini həlaka uğratmaqla özləri özlərinə zülm etmişdilər.