Muxtəsər təfsir
أَوَلَمْ يَتَفَكَّرُوا۟ فِىٓ أَنفُسِهِم ۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍ مُّسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكَـٰفِرُونَ ﴿٨﴾
Məgər təkzib edən o müşriklər özlüyündə, Allahın bunları necə yaratdığını və onlara necə düzən verdiyini düşünmürlərmi?! Allah göyləri və yeri əbəs yerə deyil, yalnız bir həqiqət olaraq yaratmış və onların dünyada qalması üçün müəyyən müddət təyin etmişdir. Lakin, insanların çoxu Qiyamət günü öz Rəbbi ilə qarşılaşacağını inkar edir. Elə buna görə də, onlar Rəbbinin razı qalacağı saleh əməllər etməklə, diriləcəkləri günə hazırlıq görmürlər.