Muxtəsər təfsir
وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَّظَلُّوا۟ مِنۢ بَعْدِهِۦ يَكْفُرُونَ ﴿٥١﴾
Əgər Biz onların əkin sahələrinə və bağçalarına bir külək göndərsək və onlar əkin sahəsindəki yaşıl bitkilərin dönüb saralmış olduğunu görsələr, bundan sonra Allahın əvvəlcə verdiyi bol nemətlərə nankorluq etməyə başlayarlar.