Muxtəsər təfsir
فَٱنظُرْ إِلَىٰٓ ءَاثَـٰرِ رَحْمَتِ ٱللَّهِ كَيْفَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ ذَٰلِكَ لَمُحْىِ ٱلْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿٥٠﴾
Ey Peyğəmbər! Sən Allahın Öz qullarına rəhmət olaraq nazil etdiyi yağışın izlərinə bax, Allah qurumuş və ölü torpağın üzərində növbənöv bitkilər yetişdirməklə onu necə dirildir. Şübhəsiz ki, ölü torpağı canlandıran O Allah, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir və heç bir şey Onu aciz edə bilməz.