Muxtəsər təfsir
بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَهْوَآءَهُم بِغَيْرِ عِلْمٍ ۖ فَمَن يَهْدِى مَنْ أَضَلَّ ٱللَّهُ ۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿٢٩﴾
Onların azğınlığa düşməsinin səbəbi dəlillərin zəif olmasında, yaxud onların lazımi şəkildə bəyan edilməməsində deyil. Bunun səbəbi onların öz nəfsələrinin istəklərinə uyması və Allahın onlar üzərindəki haqqını unudaraq kor-koranə ata-babalarına təqlid etməsidir. Allahın zəlalətə saldığı kimsəni kim doğru yola yönəldə bilər?! Beləsini heç kəs doğru yola yönəldə bilməz. Onları Allahın əzabından qurtara bilən bir kəs tapılmaz.