×

الروم

Ayə 28

Muxtəsər təfsir

ضَرَبَ لَكُم مَّثَلًا مِّنْ أَنفُسِكُمْ ۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَـٰنُكُم مِّن شُرَكَآءَ فِى مَا رَزَقْنَـٰكُمْ فَأَنتُمْ فِيهِ سَوَآءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍ يَعْقِلُونَ ﴿٢٨﴾

Ey müşriklər! Allah sizə özünüzdən bir məsəl çək­di. Sahib olduğunuz kölələr içə­ri­sində sizə verdiyi­miz nemətlərdə sizinlə bə­ra­bər eyni hüquqa ma­lik olan, malınıza şərik olan, azad şəriklərinizin malınıza şərik olacağınızdan çəkindiyiniz kimi, on­lardan da çəkindiyiniz şərik­lə­riniz varmı? Əlbəttə ki, siz buna razı olmazsınız. Allahın da Öz mülkündə yaratdıqları və qullları arasında əlbəttə ki, heç bir şəriki ola bilməz. Biz bunu və buna bənzər başqa məsəlləri düşü­nüb daşınan kimsələr üçün dəlil göstəririk. Çünki məhz onlar bundan faydalanarlar.