Muxtəsər təfsir
وَمَا كَانَ لِنَبِىٍّ أَن يَغُلَّ ۚ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ ٱلْقِيَـٰمَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ ﴿١٦١﴾
Peyğəmbərlərdən kiməsə qənimətdən Allahın ona aid etmədiyi bir şeyi xəyanət edərək götürməsi yaraşmaz. Sizlərdən kim qənimətdən bir şey götürərək xəyanət edərsə, xəyanət etdiyi şeylə qiyamət günü insanlar qarşısına boynuna yüklənmiş halda gələrək rüsvayçılıqla əzab olunar. Sonra isə hər kəsə əməllərinin əvəzi naqis edilmədən tam verilər və onlara günahları artırılaraq və ya savabları azaldılaraq əsla zülm edilməz.