Muxtəsər təfsir
إِن يَنصُرْكُمُ ٱللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا ٱلَّذِى يَنصُرُكُم مِّنۢ بَعْدِهِۦ ۗ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ ﴿١٦٠﴾
Əgər Allah sizə Öz köməyi və yardımı ilə dayaq olarsa, hətta bütün insanlar sizə qarşı qalxsalar, yenə də sizə heç kəs qalib gələ bilməz. Yox, əgər Allah sizi köməksiz tərk edib, öz nəfsinizə buraxarsa, Ondan sonra kimsə sizə yardım edən tapılmaz. Bilin ki, kömək yalnız tək Allahın əlindədir. Elə isə, Qoy möminlər başqasına deyil, təkcə Allaha arxalansınlar!