Muxtəsər təfsir
فَجَآءَتْهُ إِحْدَىٰهُمَا تَمْشِى عَلَى ٱسْتِحْيَآءٍ قَالَتْ إِنَّ أَبِى يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيْهِ ٱلْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ ٱلْقَوْمِ ٱلظَّـٰلِمِينَ ﴿٢٥﴾
O iki qız gedib atalarına onun barədə xəbər verdilər. Ataları da onu yanına dəvət etməsi üçün onlardan birini göndərdi. Qız utana-utana onun yanına gəlib dedi: "Atam, qoyunlarımızı sulamağına görə haqqını ödəmək üçün səni yanına çağırır". Musa da onun yanına gəlib başına gələn əhvalatı ona danışdıqda, qadınları atası Musanı sakitləşdirib ona təskinlik vermək üçün ona belə dedi: "Qorxma! Artıq sən zalım bir qövm olan, Firon və onun camaatının əlindən xilas olmusan. Onun Mədyən torpaqları üzərində heç bir hökmüranlığı yoxdur. Onlar burada sənə heç bir əziyyət verə bilməzlər!"