Muxtəsər təfsir
فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّى لِمَآ أَنزَلْتَ إِلَىَّ مِنْ خَيْرٍ فَقِيرٌ ﴿٢٤﴾
Musa o iki qıza acıyaraq onların yerinə qoyunlara su verdi, sonra onlardan ayrılaraq kölgəyə çəkilib orada dincəldi. Sonra da öz ehtiyacını Rəbbinə ərz edərək Ona dua edib belə dedi: "Ey Rəbbim! Sənin mənə nazil edəcəyin hər bir xeyrə ehtiyacım var!"