Muxtəsər təfsir
قِيلَ لَهَا ٱدْخُلِى ٱلصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا ۚ قَالَ إِنَّهُۥ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى وَأَسْلَمْتُ مَعَ سُلَيْمَـٰنَ لِلَّهِ رَبِّ ٱلْعَـٰلَمِينَ ﴿٤٤﴾
Qadına: "Saraya daxil ol!" – deyildi. Sarayın içərisi düz bir şəkildə tikilmişdir. O, sarayı görüncə onu dərin bir gölməçə hesab etdi və suya girmək üçün paltarını qaldırıb baldırlarını açdı. Bu zaman Süleyman -aleyhissəəlam - ona: "Bu, büllurdan hamarlanıb düzəldilmiş dümdüz bir saraydır!" – dedi və onu İslama dəvət etdi. O da, Süleyman onu dəvət etdiyi dini qəbul edib, çağırışına icabət edərək belə dedi: "Ey Rəbbim! Mən Səninlə bərabər, Səndən başqasına ibadət edərək özümə zülm etdim. İndi isə mən Süleymanla birgə bütün məxluqatın Rəbbi olan Allaha boyn əyib, təslim oldum!"