Muxtəsər təfsir
وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ ٱللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَـٰفِرِينَ ﴿٤٣﴾
Qövmünə tabe olub, onlara təqlid edərək Allahdan başqa tapındığı şeylər o qadını tək Allaha ibadət etməkdən yayındırmışdır. Şübhəsiz ki, o qadın, Allaha küfür edən bir qövmdən idi və özüdə elə onlar kimi kafir idi.