Muxtəsər təfsir
فَإِن لَّمْ تَجِدُوا۟ فِيهَآ أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّىٰ يُؤْذَنَ لَكُمْ ۖ وَإِن قِيلَ لَكُمُ ٱرْجِعُوا۟ فَٱرْجِعُوا۟ ۖ هُوَ أَزْكَىٰ لَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ ﴿٢٨﴾
Əgər o evlərdə heç kim olmazsa, izin vermə haqqına sahib bir kimsə tərəfindən sizə evə daxil olmanız üçün izin verilincəyə qədər ora daxil olmayın. Əgər ev sahibləri sizə: "Qayıdın!" – deyərsə, bu zaman evə daxil olmadan geri dönün. Bu, Allah yanında sizin üçün daha təmiz olandır. Allah nə etdiklərinizi bilir və etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.