Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا۟ وَتُسَلِّمُوا۟ عَلَىٰٓ أَهْلِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿٢٧﴾
Ey Allaha iman gətirib Onun şəriətinə əməl edən kimsələr! Nəbadə özgə evlərə daxil olmaq üçün ev sakinlərindən icazə almadan və onlara salam verib: "Əssəlamu aleykum, gəlmək olarmı?"- demədən daxil olmayın. Evə daxil olmazdan əvvəl icazə alaraq daxil olmaq, icazə almadan evə qəfildən daxil olmaqdan daha xeyirlidir. Bəlkə siz, Allahın bu əmrindən ibrət alıb, ona əməl edəsiniz.