Muxtəsər təfsir
حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ رَبِّ ٱرْجِعُونِ ﴿٩٩﴾
Nəhayət, o müşriklərdən birinə ölüm gəldikdə və ona nazil olan əzaba öz gözləri ilə şahid olduqda, ömrünü boş, faydasız və Allaha qarşı etdiyi günahlarla keçirməsindən dolayı böyük peşmançılıq çəkərək: "Vay olsun mənim halıma, Ey Rəbbim! Məni bir daha dünya həyatına geri döndər!