×

المؤمنون

Ayə 100

Muxtəsər təfsir

لَعَلِّىٓ أَعْمَلُ صَـٰلِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّآ ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَا ۖ وَمِن وَرَآئِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿١٠٠﴾

Bəlkə mən, dünya həyatına geri qayıtsam saleh əməllər edərəm"- deyər. Xeyr! Bu, heç də onun istədiyi kimi deyil. Şübhəsiz ki, bu, onun dediyi boş sözdən başqa bir şey deyildir. Əgər o, bir daha dünya həyatına geri döndərilmiş olsaydı, verdiyi sözü yerinə yetirməzdi. Vəfat etmiş belə kimsələr yenidən dirilənə qədər dünya və axirət arasında olan bərzəx aləmində olacaqlar və onlara tərk etdikləri şeyləri əldə etmək və zay etikləri şeyləri isə islah etmək bir daha dünya həyatına geri dönməyə əsla izin verilməyəcəkdir.