×

الأنبياء

Ayə 90

Muxtəsər təfsir

فَٱسْتَجَبْنَا لَهُۥ وَوَهَبْنَا لَهُۥ يَحْيَىٰ وَأَصْلَحْنَا لَهُۥ زَوْجَهُۥٓ ۚ إِنَّهُمْ كَانُوا۟ يُسَـٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا ۖ وَكَانُوا۟ لَنَا خَـٰشِعِينَ ﴿٩٠﴾

Biz (Zəkəriyyanın) duasını qəbul et­dik və ona övlad olaraq Yəhyanı verdik. Zöv­cəsi sonsuz olduğu bir halda, Biz onu uşaq doğ­mağa qa­dir bir hala gətirdik. Həqiqətən, Zəkəriyya, onun zövcəsi və oğlu yaxşı əməllər etməyə tələsər və rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq Bizə dua edərdilər. Onlar daima Bizə yalvarıb-yaxarardılar.