Muxtəsər təfsir
وَزَكَرِيَّآ إِذْ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرْنِى فَرْدًا وَأَنتَ خَيْرُ ٱلْوَٰرِثِينَ ﴿٨٩﴾
Ey Peyğəmbər! Zəkəriyyanın - aleyhissəlam - hekayəsini də bir yada sal! Bir zaman o: "Ey Rəbbim! Məni övladsız, tək başına buraxma. Həqiqətən, Sən, varislərin ən xeyirlisisən. Məndən sonra qalacaq bir övladla məni ruziləndir!" – deyə yalvarıb dua etmişdi.