×

الإسراء

Ayə 54

Muxtəsər təfsir

رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ ۖ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ ۚ وَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ وَكِيلًا ﴿٥٤﴾

Ey İnsanlar! Rəbbiniz sizi çox yaxşı ta­nıyır. Sizdən heç bir şey Ona gizli qalmaz. Əgər sizə mərhəmət etmək istəsə, rəhməti ilə sizi imana və saleh əmələ müvəffəq edər. Əgər sizə əzab vermək istəsə, sizi iman etməyə müvəffəq etməz və canınızı küfr üzərində alar. Ey Peyğəmbər! Biz səni on­ları iman etmələrinə məcbur etmək, onları küfr etməyə mane olmaq və etdikləri əməlləri haqq-hesaba çəkmək üçün vəkil gön­dər­mə­mi­şik. Sənin vəzifən yalnız Allahın sənə təbliğ etməyi əmr etdiklərini onlara təbliğ etməkdir.