×

الإسراء

Ayə 53

Muxtəsər təfsir

وَقُل لِّعِبَادِى يَقُولُوا۟ ٱلَّتِى هِىَ أَحْسَنُ ۚ إِنَّ ٱلشَّيْطَـٰنَ يَنزَغُ بَيْنَهُمْ ۚ إِنَّ ٱلشَّيْطَـٰنَ كَانَ لِلْإِنسَـٰنِ عَدُوًّا مُّبِينًا ﴿٥٣﴾

Ey Peyğəmbər! Mömin qullarıma de ki, başqaları ilə söhbət etdikdə nifrətə və ədavətə səbəb olacaq pis sözlərdən çəkinsinlər. Çünki şeytan nifrətə və ədavətə səbəb olacaq pis sözləri fürsət bilib, bununla onların dünya və axirət həyatlarını məhv etməyə çalışır.Həqiqətən, şeytan in­san üçün düşmənçiliyi açıq-ay­dın olan bir düşmənidir. Möminin üzərinə düşən ondan və onun şərindən çəkinməkdir.