Muxtəsər təfsir
فَإِن تَوَلَّوْا۟ فَإِنَّمَا عَلَيْكَ ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿٨٢﴾
Ey Peyğəmbər! Əgər onlar imandan və sənin gətirdiyin dini təsdiq etməkdən üz çevirsələr, bil ki, sənin vəzifən ancaq təbliğ etməklə əmr olunduğun şeyləri aşıq-aydın şəkildə təbliğ etməkdən başqa bir şey deyildir. Onları hidayətə qovuşdurmaq sənin işin deyil.