×

النحل

Ayə 81

Muxtəsər təfsir

وَٱللَّهُ جَعَلَ لَكُم مِّمَّا خَلَقَ ظِلَـٰلًا وَجَعَلَ لَكُم مِّنَ ٱلْجِبَالِ أَكْنَـٰنًا وَجَعَلَ لَكُمْ سَرَٰبِيلَ تَقِيكُمُ ٱلْحَرَّ وَسَرَٰبِيلَ تَقِيكُم بَأْسَكُمْ ۚ كَذَٰلِكَ يُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكُمْ لَعَلَّكُمْ تُسْلِمُونَ ﴿٨١﴾

Uca Allah günəşin hərarətindən qorunub, kölgələnəsiz deyə, ağaclardan və binalardan sizin üçün kölgələr əmə­lə gə­tir­di. Dağ­larda sizin üçün soyuqdan, istidən və düşməndən qorunub mühafizə olunasız deyə, mağaralar, kahalar və sığınacaqlar saldı. Sizə soyuqdan və istidən qo­ru­nmaq üçün yun, kətan, pambıq pal­tarlar və döyüş zamanı sizi bir-birinizin zərbələrindən qoruyan və silahın təsiri cisminizə nüfuz etməsinə mane olan zirehli ge­yimlər verdi. Uca Allah bu nemətləri sizə bəxş etdiyi kimi, daima sizə olan nemətlərini tamam­layır ki, bəl­kə Alllaha heç bir şeyi şərik qoşmadan, tək Ona ibadət edəsiniz!