Muxtəsər təfsir
وَٱللَّهُ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا وَجَعَلَ لَكُم مِّنْ أَزْوَٰجِكُم بَنِينَ وَحَفَدَةً وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَـٰتِ ۚ أَفَبِٱلْبَـٰطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَتِ ٱللَّهِ هُمْ يَكْفُرُونَ ﴿٧٢﴾
Ey İnsanlar! Uca Allah sizin üçün özünüzdən bir-birinizə alışıb, ünsiyyət qurduğunuz zövcələr yaratdı. Zövcələrinizdən də sizin üçün övladlar, nəvələr və nəticələr yaratdı. Sizə ət, dənli bitkilər, meyvələr və s. yeyiləcək pak ruzilər verdik. Bundan sonra siz batil bütlərəmi inanırsınız?! Uca Allahın sizə bəxş etdiyi saysız-hesabsız nemətlərini inkar edib, tək Allaha iman edərək Ona şükür etmirsiniz?!