×

النحل

Ayə 71

Muxtəsər təfsir

وَٱللَّهُ فَضَّلَ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍ فِى ٱلرِّزْقِ ۚ فَمَا ٱلَّذِينَ فُضِّلُوا۟ بِرَآدِّى رِزْقِهِمْ عَلَىٰ مَا مَلَكَتْ أَيْمَـٰنُهُمْ فَهُمْ فِيهِ سَوَآءٌ ۚ أَفَبِنِعْمَةِ ٱللَّهِ يَجْحَدُونَ ﴿٧١﴾

Uca Allah sizlərə bəxş etdiyi ruzidə bəzilərinizi digərlərinizdən üstün et­miş­dir. O, sizlərdən bəzilərini zəngin, bəzilərini yoxsul, bəzilərini ağa, bəzilərini də qul etmişdir. Allahın ruzi baxımından üstün etdiyi kimsələr, sahib olduqları sərvətlərdən, əlləri altında olan qullarının özləri ilə eyni səviyyədə olmaları üçün onlara öz mal-dövlətlərindən verməzlərmi? Elə isə onlar qullarının öz mal-dövlətlərinə şərik olub, özləri ilə eyni bir səviyyədə olmalarına razı olmadıqları bir halda, uca Allahın Öz qullarından Onun şəriki olmasına necə razı ola bilərlər?! Bu necə bir zülmdür. Allahın nemətlərinə qarşı olan hansı nankorluq bundan da daha böyükdür?!