×

النحل

Ayə 36

Muxtəsər təfsir

وَلَقَدْ بَعَثْنَا فِى كُلِّ أُمَّةٍ رَّسُولًا أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ وَٱجْتَنِبُوا۟ ٱلطَّـٰغُوتَ ۖ فَمِنْهُم مَّنْ هَدَى ٱللَّهُ وَمِنْهُم مَّنْ حَقَّتْ عَلَيْهِ ٱلضَّلَـٰلَةُ ۚ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلْمُكَذِّبِينَ ﴿٣٦﴾

Biz keçmişdə olan hər ümmətə, qövmlərinə tək Allaha ibadət edib, bütlər, şeytanlar və s. bu kimi onlara Allahdan başqasına ibadət etməyi tərk etmələrini əmr edən elçi gön­dərdik. Allah o ümmətlərdən bəzilərini doğ­ru yola müvəffəq eti. Onlarda Allaha iman edib və Onun peyğəmbərinin gətirdiyi dinə tabe oldular. Bəziləri də Allaha küfr edib, Onun peyğəmbərinə ası oldular. Allah da, bu əməllərinə görə onları haqqa müvəffəq etmədi və beləliklə də, zəlalətə düçar oldular. Yalan sayan kimsələrə Allahın əzabı gəldikdən sonra aqibətlərinin necə olduğunu öz gözlərinizlə şahid olmanız üçün elə isə yer üzün­də gə­zib dola­şın!