×

النحل

Ayə 35

Muxtəsər təfsir

وَقَالَ ٱلَّذِينَ أَشْرَكُوا۟ لَوْ شَآءَ ٱللَّهُ مَا عَبَدْنَا مِن دُونِهِۦ مِن شَىْءٍ نَّحْنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمْنَا مِن دُونِهِۦ مِن شَىْءٍ ۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ فَهَلْ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلْبَلَـٰغُ ٱلْمُبِينُ ﴿٣٥﴾

İbadətlərində Allahdan başqasını Ona şərik qoşanlar belə dedilər: "Əgər Allah bizim Ona heç bir şeyi şərik qoşmadan yalnız Ona ibadət edməyimizi is­təsəydi, o zaman nə biz, nə də ki, bizdən əvvəlki ata-babaları­mız əsla Ondan baş­qa heç şəyə ibadət etməz və Onun istəyi ol­madan heç nəyi haram edə bilməzdik!" Özlərindən əvvəl olan kafirlərdə bu kimi batil sözlər söyləmişdilər. Peyğəmbərlərin borcu ancaq özlərinə təbliğ etməyi əmr olunan Allahın hökmlərini insanlara təbliğ etmək. Onlarda bunu təbliğ edərək lazımınca yerinə yetirdilər. Uca Allah, kafirlərə istək və seçim haqq verdikdən və həmçinin onlara elçilər göndərdikdən sonra kafirlərin Allah yanında özlərinə, yazılan qədəri bəhanə gətirmələrinə heç bir əsasları yoxdur.