Muxtəsər təfsir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ الٓر ۚ تِلْكَ ءَايَـٰتُ ٱلْكِتَـٰبِ وَقُرْءَانٍ مُّبِينٍ ﴿١﴾
﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Bu ayələr, yüksək məqama sahib olan Allah tərəfindən nazil edilməsinə dəlalət edən, Allahın vəhdaniyyətini, dini əmrləri və qadağaları açıq-aydın izah edən Quran ayələridir.