Muxtəsər təfsir
هَـٰذَا بَلَـٰغٌ لِّلنَّاسِ وَلِيُنذَرُوا۟ بِهِۦ وَلِيَعْلَمُوٓا۟ أَنَّمَا هُوَ إِلَـٰهٌ وَٰحِدٌ وَلِيَذَّكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿٥٢﴾
Muhamməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Quran, Uca Allahdan insanlar üçün bir bildirişdir. Qoy insanlar, bu Quranla orada olan qorxuducu və şiddətli təhdidlərdən qorxsunlar, haqq məbudun yalnız Allahın olduğunu bilib, ancaq Ona ibadət edərək Ona heç bir şeyi şərik qoşmasınlar və sağlam ağıl sahibləri də bu Quranla ibrət və öyüd-nəsihət alsınlar. Çünki öyüd-nəsihətdən yalnız sağlam ağıl sahibləri faydalanarlar.