Muxtəsər təfsir
وَيَقُولُ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌ مِّن رَّبِّهِۦٓ ۗ إِنَّمَآ أَنتَ مُنذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ ﴿٧﴾
Allaha küfr edən kimsələr - insanları Allahın yolundan döndərərək və inadkarlıq edərək - deyirlər: "Kaş ki, Musaya və İsaya nazil edildiyi kimi Muhəmmədə də, Rəbbindən bir möcüzə endiləydi?" Ey Peyğəmbər! Sən ancaq insanları Allahın əzabından xəbərdar edib qorxudansan. Allahın sənə bəxş etdiyi möcüzələrdən başqa özündən heç bir möcüzə gətirməyə qadir deyilsən. Hər qövmün, onlara haqq yolu göstərən və haqqa çağıran bir peyğəmbəri var!