Muxtəsər təfsir
وَيَسْتَعْجِلُونَكَ بِٱلسَّيِّئَةِ قَبْلَ ٱلْحَسَنَةِ وَقَدْ خَلَتْ مِن قَبْلِهِمُ ٱلْمَثُلَـٰتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِّلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ ٱلْعِقَابِ ﴿٦﴾
Ey Peyğəmbər! Müşriklər səni əzabın onlara tez bir zamanda gəlməsi üçün tələsdirirlər. Allahın onlara əzəldən yazdığı nemətlərin özlərinə tamamlanmasından öncə əzabın özlərinə gec gəldiyni zənn edirlər. Halbuki onlardan əvvəl peyğəmbərləri yalan sayan ümmətlərə neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Axı onlar nə üçün olub keçənlərdən ibrət almırlar?! Ey Peyğəmbər! Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq yenə də onları bağışlayandır və Allaha tövbə etmələri üçün onlara əzab verməyə tələsməz. Sözsüz ki, əgər küfür əməllərdə israr edib, Allaha tövbə etməsələr, Allah onlara şiddətli əzab verməyədə qadirdir!