Muxtəsər təfsir
قُلْ مَن رَّبُّ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ قُلِ ٱللَّهُ ۚ قُلْ أَفَٱتَّخَذْتُم مِّن دُونِهِۦٓ أَوْلِيَآءَ لَا يَمْلِكُونَ لِأَنفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا ۚ قُلْ هَلْ يَسْتَوِى ٱلْأَعْمَىٰ وَٱلْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِى ٱلظُّلُمَـٰتُ وَٱلنُّورُ ۗ أَمْ جَعَلُوا۟ لِلَّهِ شُرَكَآءَ خَلَقُوا۟ كَخَلْقِهِۦ فَتَشَـٰبَهَ ٱلْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ ٱللَّهُ خَـٰلِقُ كُلِّ شَىْءٍ وَهُوَ ٱلْوَٰحِدُ ٱلْقَهَّـٰرُ ﴿١٦﴾
Ey Peyğəmbər! Allahla yanaşı başqalarına ibadət edən kafirlərə de: "Göylərin və yerin Xaliqi və onları idarə edən kimdir?!". Ey Peyğəmbər! onlara de: "Göyləri və yeri yaradan da, onları idarə edən də Allahdır. Siz özünüz də bunu etiraf edirsiniz!". Ey Peyğəmbər! Onlara de: "Məgər siz Allahı qoyub, özlərinə nə bir fayda verməyə, nə də bir zərəri özündən uzaqlaşdırmağa qadır olan aciz bütləri özünüzə ilahmı qəbul edirsiniz? Axı özlərinə bir xeyir verməyə qadir olmayanlar, sizə necə yardım edə bilərlər?!". Ey Peyğəmbər! Onlara de: "Bəsirət gözü bağlı olan kafir kimsə, bəsirət gözü açıq olub haqq yolda olan mömin kimsə ilə eyni ola bilərmi?! Yaxud zülmətlər işərisində olan küfürlə, nur işərisində olan iman eyni ola bilərmi?! Yoxsa onlar məxluqatdan özlərinə, Uca Allahın yaratdığı kimi yaradan şəriklər tapdılar, onu Allaha ortaqmı qoşurlar?! Yoxsa onların nəzərində Allahın yaratdığı ilə şərik qoşduqlarının yaratdıqları bir-birinə qarışmışdır?!". Ey Peyğəmbər! Onlara de: "Hər şeyi yaradan yalnız tək olan Allahdır. Bu məxluqatı yaratmaqda Onun heç bir şəriki yoxdur. O, üluhiyyətdə və ibadətə layiq olmaqda təkdir. O, yalnız Ona ibadət olunmağa layiqdir və O, hər şeyə Qalib gələndir!"