Muxtəsər təfsir
وَلِلَّهِ يَسْجُدُ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَـٰلُهُم بِٱلْغُدُوِّ وَٱلْـَٔاصَالِ ۩ ﴿١٥﴾
Göylərdə və yerdə olan bütün məxluqat səcdə edərək Allaha boyun əyərlər. Bu işdə möminlərlə kafirlər eynidirlər. Lakin möminlər sidqi-ürəkdən, kafirlər isə istəməyərək səcdə edərlər. Kafir olan kimsənin fitrəti isə ona Allaha sidqi-ürəkdən səcdə edib, Ona boyun əyməyə məcbur edər. Kölgəsi olan hər bir məxluqatın kölgələri də gündüzün əvvəlində və axırında Allaha səcdə edib, Onun əzəməti qarşısında boyun əyər!