Muxtəsər təfsir
وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَـٰهَا بِإِسْحَـٰقَ وَمِن وَرَآءِ إِسْحَـٰقَ يَعْقُوبَ ﴿٧١﴾
İbrahimin arvadı Sara ayaq üstə durmuşdu. Biz ona, onu sevindirəcək bir xəbəri, onun İshaqı dünyaya gətirəcəyini və İshaqında Yəqub adlı bir oğlu olacağı xəbərini verdik. O da, bu müjdə xəbərini eşitdiyinə görə güldü.