Muxtəsər təfsir
فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍ ﴿٧٠﴾
İbrahim onların qızardılmış buzova əl vurmadıqlarını və yeməkdən yemədiklərini gördükdə onların belə etməsi İbrahimin xoşuna gəlmədi və onlardan qorxduğunu qəlbində gizlədib onlara bildirmədi. Mələklər İbrahimin onlardan qorxduğunu ğördükdə, ona belə dedilər: "Bizdən qorxma! Allah bizi Lut qövmünə əzab vermək üçün göndərmişdir".