Muxtəsər təfsir
وَكُلًّا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَـٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ ﴿١٢٠﴾
Ey Peyğəmbər! Səndən əvvəl gəlib getmiş elçilərin xəbərlərini, qəlbinin haqq üzərində sabit qalıb və onu qüvvətləndirmək üçün sənə söylədik. Bu surədə sənə şəkk-şübhəyə yer olmayan haqq, kafirlərə öyüd-nəsihət və xatırlatmadan fayda alan möminlər üçün də bir xatırlatma vəhy edilmişdir.